İsraildən İrana MESAJ: Hər cür hücuma hazırıq

Baxılıb:276
İsraildən İrana MESAJ: Hər cür hücuma hazırıq

İranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsindən sonra bölgədə gərginlik artmaqda davam edir.

Publika.az-ın məlumatına görə, sui-qəsddə günahlandırılan İsrail tərəfi İrana yönəlik açıqlamalar verib.

“Mesajımız aydındır: İranın Suriyada yerləşməsinə qarşı hərəkətə davam edəcəyik və bizə qarşı hər cür hücuma hazırıq”, – deyə İsrailin Baş Qərargah rəisi Aviv Kohavi Suriya sərhədini ziyarət edərkən deyib.

Qeyd edək ki, iranlı nüvə fiziki M.Fəxrizadənin öldürülməsində ABŞ və İsrail günahlandırılır, İran vətəndaşları alimin qisasını tələb edirlər.


Abunəlik