İsrail səfərbərlik elan etdi

Baxılıb:35
İsrail səfərbərlik elan etdi

İsrail hərbçiləri İrana qarşı əməliyyatın başlamasından sonra ehtiyatda olan hərbçiləri kütləvi şəkildə orduya çağırmağa başlayıb.

8 saylı fövqəladə hallar əmrinə əsasən minlərlə ehtiyatda olan hərbçi səfərbər olunacaq.

İlk növbədə, əlavə qüvvələr əsas bölmələrə – Hərbi Hava Qüvvələrinə, Arxa Komandanlığa, Şimal və Mərkəzi Komandanlıqlara, eləcə də hərbi kəşfiyyat və maddi-texniki təchizata göndəriləcək.

Xatırladaq ki, İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Səlaminin, eləcə də iki aparıcı nüvə proqramı üzrə mütəxəssis doktor Tehrançi və Fereydun Abbasinin ölümünü rəsmən təsdiqləyib.


Abunəlik