İsrail Qəzzada yeni əməliyyata başladı

Baxılıb:15
İsrail Qəzzada yeni əməliyyata başladı

İsrail hərbçiləri Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində HƏMAS hərəkatının yaraqlı dəstələrinə qarşı əməliyyata başlayıb.

Bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 162-ci diviziya gecə saatlarında Cəbaliya bölgəsində fəaliyyətə başlayıb. Əməliyyatdan əvvəl quru bölmələrinin fəaliyyətini dəstəkləmək üçün İsrail Hərbi Hava Qüvvələri bu bölgədə onlarla hərbi hədəfə zərbələr endirib.


Abunəlik