İsmayıllı məktəbində dəhşətli QƏTL

Baxılıb:233
İsmayıllı məktəbində dəhşətli QƏTL

İsmayıllı rayonunda qətl hadisəsi baş verib
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb. Belə ki, məktəbdə gözətçi işləyən kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən mübahisə zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Gülarə Qara qızı Qəhrəmanovanı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Abunəlik