İsmayıl Vəliyevin kimlərdən rüşvət aldığı məlum olub:
A.Cəfərov İsmayıl Vəliyevin tapşırığı ilə rayonun Xıllı qəsəbə bələdiyyəsinin sədri Muxtar Rəsulovdan 2015-ci ildə maneəsiz fəaliyyət göstərməsinə görə 2 min manat rüşvət alaraq icra başçısına verib. Adıçəkilən şəxs eyni məbləğdə pulu həmin adamdan oxşar məqsəd üçün 2020-ci ildə də tələb edərək alıb.
Bundan başqa, A.Cəfərov rayonun Tatarməhlə kənd bələdiyyəsinin sədri Qabil Mehdiyevin xidməti fəaliyyətində edəcəyi hərəkətlərə laqeydlik göstərmək və himayədarlıq etmək üçün ondan 6 min manat rüşvət alaraq İsmayıl Vəliyevə verib. A.Cəfərov Q. Mehdiyevdən 2020-ci ildə də himayədarlıq məqsədilə 6 min manatı təkrar alaraq icra başçısına verib.
Həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Nəzirov da oxşar məqsədlər üçün icra başçısına Anar Cəfərov vasitəsilə 6 min manat rüşvət verib.