İslam Mustafayev,Xəqani Məmmədov cütlüyü – AMEA- da nə baş verir?

Baxılıb:145
İslam Mustafayev,Xəqani Məmmədov cütlüyü – AMEA- da nə baş verir?

Baxmayaraq ki, AMEA-da araşdırmalar aparılır, haqqı tapdananların, qanunsuz işdən çıxarılanların sayı- hesabı yoxdur , qanunsuzluqlar törədilməkdə davam edilir.Belə bir hadisə müsahibimiz Xuraman Babayevanın başına gəlib. X. Babayeva AzTimes.az saytına müsahibə zamanı bildirir ki, 2011-ci ildən AMEA 13 saylı laboratoriyada baş laborant vəzifəsində çalışıb. Koranavirus dönəmində uşaq bağçalarının fəaliyyətinin dayanması azyaşlı qız ovladi olduğu üçün X. Babayevaya problemlər yaratmağa başlayıb. Buna görə xanım qısamüddətli icazə üçün rəhbərliyə müraciət edib. Bunu fürsət bilən Radiyasiya Prablemləri İnistutunun dikerkotu İslam Mustafayev və 13 saylı labaratoriya rəhbəri Məmmədov Xəqani Fərzulla oğlu xanımı inandırıblar ki, siz işdən çıxmaq barədə könüllü ərizə yasaniz, pandemiya bitdikdən sonra sizi maneəsiz işə bərpa edəcəyik. Lakin sonradan verdikləri vədə xilaf çıxıb X.Babayevanı işsiz qoyublar. Xanım dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Təhsil Problemləri İnstitutuna məktubla müraciət edib. Oradan bildirilir ki, AMEA- da yoxlamalar aparıldığı üçün işə qəbul və bərpa dayandırılıb.

Bu bizə müraciət edən bir şikayətçidir. Fikirləşin ki, nə qədər haqq səsi batan əməkdaşlar var. Mövzuya qayıdacağıq…

QARŞI TƏRƏFİN MÖVQEYİNİ İCTİMAİLƏŞDİRMƏYƏ HAZIRIQ.


Abunəlik