İşçilər arasında etirazlar ARTIR- Rövşən Məmmədov büdcə əskiklərini işçilərin maaşından tutacaq

Baxılıb:1052
İşçilər arasında etirazlar ARTIR- Rövşən Məmmədov büdcə əskiklərini işçilərin maaşından tutacaq

AzTimes.az xəbər verir ki, bu fikirləri AzTV -dən pandemiyanin və müharibənin ən qaynar vaxtı işdən uzaqlaşdırılmış Saida Vəliyeva şəxsi “Facebook” hesabında paylaşıb. Uzun müddətdir ki, ona qarşı olunan haqsızlığa müxtəlif yollarla etirazı ilə gündəmdə qalan sabiq əməkdaş həmkarlarının orada ölüb bitənləri ona söylədiyini və etiraza hazırladıqlarını dediklərini bildirib:

“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr Rövşən Məmmədovun özbaşınalığı davam etməkdədir.Baxmayaraq ki,üç aydan çox bir müddətdə maliyyə yoxlamaları aparılaraq deyilənə görə çox ciddi pozuntular aşkar edilib,amma hələki rəsmi açıqlama olmayıb.Ona görə də qeyri-müəyyənlik davam edir.Yəqin Rövşən də bu qeyri-müəyyənlikdən istifadə edərək istədiyini etməyə davam edir.Bu yaxınlarda məlumat alındı ki Rövşən Məmmədov Aztv-də bütün redaksiyaların,şöbələrin büdcəsini azaltmaq barədə struktur rəhbərlərinə göstəriş verib.İndi Aztv-nin bütün rəhbər işçiləri çıxılmaz vəziyyətə düşüblər.Çünki hər studiyanın,departamentin,şöbənin büdcəsi təqribən 10-15 min manat azaldılıb. Belə başa düşmək olar ki,Rövşən iki il yarım zaman müddətində yeyib dağıtdıqlarının yerini sadə əməkdaşların qonorarlarını kəsməklə doldurmaq istəyir.

Artıq bu aydan həmin göstərişə uyğun hesablamalar aparılacaq.Buna görə də artıq işçilərin çoxu məzuniyyətə çıxır.Təəccüblüdür,bütün bu həngamənin içində Rövşən Məmmədov yeni işçilər götürmək və ya transfer etmək qərarına gəlib.Əgər sənin acgözlüyünün,bacarıqsızlığının ucbatından büdcə dağıdılıbsa,onu doldurmaq üçün camaatın çörəyini kəsirsənsə,onda bu nə kadr siyasətidir,ay kreativ Rövşən Raqifoğlu?

Yeni götürdüyün işçilər havayı işləyəcəklər? Yoxsa maaşlarını cibindən verəcəsən? Ondansa,redaksiyalarda qonorar alanların siyahısına yaxşı bax.Görəsən nəyə görə bəzi redaksiyalarda işçilərin sayı ilə qonorar alanların sayında uyğunsuzluq olub? Hər ay kimlərə və nəyə görə büdcədən pullar yazılıb? Suallar çoxdur.Hələki bu qədər…”


Abunəlik