İranla ABŞ arasında tarixi razılaşma: Pezeşkianın təyyarəsi ilə gətirildi

Baxılıb:88
İranla ABŞ arasında tarixi razılaşma: Pezeşkianın təyyarəsi ilə gətirildi

İranın 1936-cı ildə tədqiqat üçün ABŞ-a göndərdiyi Əhəmənilər (Fars) İmperiyası (e.ə. 550-330) dövrünə aid 1100 ədəd tarixi lövhə ölkəyə geri qaytarılıb.

Bu barədə İran dövlət televiziyası məlumat verib.

Bildirilir ki, prezident Məsud Pezeşkianı aparan təyyarə ilə Əhəmənilər dövrünə aid lövhələr İrana gətirilib.

İranın mədəni irs, turizm və əl işləri nazirinin müavini Əli Darabi geri qaytarılan tarixi əsərlər haqqında məlumat verib. O, bildirib ki, bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji və turizm qazıntıları zamanı aşkar edilib.

Darabi geri qaytarılan lövhələrdə iranlıların Əhəmənilər dövründəki həyatını təsvir edən mövzuların olduğunu, mixi və elam əlifbası ilə yazıldığını qeyd edib.

Qeyd edək ki, Şah dövründə İran və ABŞ-ın Çikaqo Universitetinin Şərq İnstitutu arasında Fars İmperiyasına aid 30 mindən çox gil lövhənin ABŞ-da 3 il müddətində tədqiq edilməsi barədə razılıq əldə olunub. Müqavilə çərçivəsində lövhələr 1936-cı ildə Şərq İnstitutuna göndərilib.


Abunəlik