İranın İsrailə raket zərbələri nəticəsində 90-dan çox insan xəsarət alıb
İranın İsrail ərazisinə gecə ərzində endirdiyi raket zərbələri nəticəsində 90-dan çox yaralı xəstəxanalara yerləşdirilib.
Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrailin şimalında hava həyəcanı xəbərdarlığı edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) “X” sosial şəbəkəsində məlumat yayıb.
Xəbərdarlığın təfərrüatı açıqlanmayıb.
Hava həyəcanı elan edildikdən az sonra SAXAL şərqdən İsrailə nüfuz edən obyektin tutulduğunu açıqlayıb.