İranın dəyirmanına su tökənlərdən şəhidləri təhqir

Baxılıb:775
İranın dəyirmanına su tökənlərdən şəhidləri təhqir


Bir neçə gündür ki, gündəmi zəbt edən  Ümid Xeyriyyə Cəmiyyətinin əməlləri insanlarda xeyli narahatlığa səbəb olub. Belə ki, bu cəmiyyətin təşkilatçılığı ilə istehsal olunan su butulkalarının üzərində 44 günlük “Zəfər savaşı”nda vətən uğrunda canından keçmiş şəhidlərimizin fotoları yerləşdirilib. Bu su butulkaları cəmi bir dəfə istifadəyə yararlıdır.  Daha sonra tullantı kimi atılır. Bununla da şəhidlərin fotoları zibilliklərdə olur. Bu  hələ ili çıxmayan şəhidlərə və Azərbaycan xalqına təhqirdir. İctimaiyyətə özlərini mömin kimi təqdim edərək din pərdəsinə bürünən, əslində isə ölkədə İran təbliğatı ilə məşğul olan,din adı altında insanların beyninə farsların şirklərini yeridən belə işbazlar guya şəhidlərimizi Kərbəla şəhidlərinə bərabər tuturlar. Əslində onların adından, insanların isə saflığından istifadə edərək külli miqdarda pul qazanırlar.
Azərbaycanın dövlətçilik tarixi bu gün ölkədə qarışıqlıq salmaq istəyən şəxslər və qruplaşmaların dinlərindən min illər əvvələ dayanır. Ölkəmiz Konstitusiya ilə idarə olunur.Dini görüşündən aslı olmayaraq bütün vətəndaşların hüquqları qorunur. Hər kəs istədiyi kimi toplaşaraq  ibadətində azaddır. Amma hər kəs bunu ölkənin içərisində dövlətə və xalqın dəyərlərinə ziyan vermədən etməlidir.
Şəhidlər bizə qanları ilə yoğrulmuş vətən əmanət ediblər, şəhidlər bizə ana, bacı, ata, qardaş , övlad ,namus əmanət ediblər. Bu əmanətləri göz bəbəyimiz kimi qorumaq  bizim boynumuzun borcudur.
30 illik qısası cəmi 44 günə qanları ilə yuyan oğulların fotoları bizim qəlbimizdə, beynimizdə ,yaddaşımızda həkk olunub. Onları bir dəfə istifadə edilib zibil qabına atılan əşyaların üstünə vuraraq cibinizi doldurmaq , “Kərbəlada susuz qalan şəhidim” yazıb insanların hisslərinə toxunmaq heç kimin haqqı deyil. Bizim şəhidimiz ərəbdən də, farsdan da qat-qat üstün və müqəddəsdir.
Əgər bu sizin üçün şərəfdirsə, peyğəmbəriniz kimi  qəbul edərək öləndə üzünüzü cırıb yasını tutduğunuz Qasım Süleymaninin şəklini, Xomneyi ağanızın fotolarını  özündə əks etdirən əşyalar istehsal edin: məsələn burun dəsmalları, butulkalar, nəm salfetlər,tualet kağızları,aftafalar… biz onları məmnuniyyətlə istifadə edərik. Amma bizim dəyərlərə toxunmayın!
Biz xalq olaraq aidiyyəti qurumlardan məsələyə diqqət yönəltməyi xahiş edirik. Dəyərlərimizə sahib çıxaq.

Pərvin Abışova AzTimes.az


Abunəlik