İrandan Cənubi Qafqaz açıqlaması: Azərbaycan və Ermənistanla münasibətlər…
Tehran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazırdır.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Qafqazda təhlükəsizlik, o cümlədən Azərbaycan və Ermənistan da daxil olmaqla, bütün qonşuların təhlükəsizliyi Tehran üçün çox vacibdir:
“Bizim Azərbaycan və Ermənistanla uğurlu münasibətlərimiz var və son günlərdə diplomatik danışıqlar aktivləşib. İran iki ölkə arasında dialoqun inkişafına yardım etməyə hazır olduğunu bəyan edib”.