İranda prezident seçkilərinə müdaxilə: terrorçular saxlanıldı

Baxılıb:96
İranda prezident seçkilərinə müdaxilə: terrorçular saxlanıldı

“İran hərbçiləri ölkədə keçirilən prezident seçkiləri zamanı terror aktları törətməyi planlaşdıran terrorçuları saxlayıb”.

Bunu İran Daxili İşlər Nazirliyinin rəis müavini Məcid Mirəhmədi deyib .

Onun sözlərinə görə, terrorçular ölkəyə seçkilərdən əvvəl daxil olub. Onlar hərbçilər tərəfindən saxlanılıb və terrorçu hərəkat tam məğlubiyyətə uğrayıb.

Daxili işlər nazirinin müavini qeyd edib ki, saxlanılan şəxslər İslam Respublikasında qeyri-sabitlik mühiti yaratmaq və insanları seçki məntəqələrinə getməyə qorxutmaq məqsədilə terror əməliyyatları keçirməyə hazırlaşırmış.

Bundan əvvəl bildirilirdi ki, İran prezidentliyinə namizədlər islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili qələbə üçün seçkilərdə səslərin 50%-dən çoxunu toplaya bilməyiblər. Hər iki namizəd iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaq.


Abunəlik