İranda nələr baş verir-UZUN GECƏ OLDU

Baxılıb:495
İranda nələr baş verir-UZUN GECƏ OLDU

Bu gecə İranın Tehran şəhərinin bəzi rayonlarında həyəcan siqnalı eşidilib.
Bakupost bildirir ki, bu barədə “Jamaran” agentliyi xəbər verib.
“ISNA” agentliyi Tehran əyalətinin rəhbərliyinə istinadən xəbər verib ki, qurumlardan birinin sistemindəki nasazlıq Tehranın qərb hissəsində həyəcan siqnalının verilməsinə səbəb olub.
Agentlik qeyd edib ki, bir qədər sonra həyəcan siqnalı söndürülüb. Qurumun adı açıqlanmayıb.

Bununla yanaşı, Tehran əyalətinin Fövqəladə Hallar Departamentinin rəhbəri Mənsur Dəracati bildirib ki, “həyəcan siqnalı güclü yağışdan sonra suyun sistemə daxil olması səbəbindən işə düşüb.
Amma buna baxmayaraq, həyəcan siqnalının tamam başqa səbəblərə görə verilməsi barədə müxrəlif variantlar irəli sürülüb.
Bu gecə Tehrana uçan Türkütənin sərnişin təyyarəsinin Bakıya enməsi şayiələrin daha da atmasına səbəb olub.Belə ki, İstanbul-Tehran marşrutu üzrə hərəkət edən Türkiyə təyyarəsi istiqamətini dəyişib və Bakıya tərəf uçub.
Bu barədə məlumat “Flight Radar” sisteminin onlayn tablosunda əks olunub.
Söhbət “Turkish Airlines” aviakompaniyasının TK874 reysindən gedir. Təyyarə yerli vaxtla saat 00:05-də (Bakı vaxtı ilə saat 00:35-də-red.) Tehranda eniş etməli idi.
“Turkish Airlines” aviaşirkətinin Tehran istiqamətinə uçan təyyarəsinin istiqamətini dəyişməsinə hava şəraiti səbəb olub.
Bu barədə İmam Xomeyni adına Beynəlxalq Hava Limanının ictimai əlaqələr şöbəsinin müdiri Fərşid Hüseyni “ISNA”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hava şəraiti sabitləşəndə təyyarə Tehrana qayıdacaq.


Abunəlik