İrana getmək istəyənlərin NƏZƏRİNƏ – Qaydalar SƏRTLƏŞDİRİLDİ

Baxılıb:86
İrana getmək istəyənlərin NƏZƏRİNƏ – Qaydalar SƏRTLƏŞDİRİLDİ

İran parlamenti ölkəyə gələn əcnəbi vətəndaşlar üçün girov qoyulmasına dair tədbirləri təsdiqləyib.

Bu barədə parlamentin Daxili İşlər Komissiyasının sədri Məhəmməd Saleh Cokar məlumat verib.

Yeni qaydalara əsasən, İranda qalmaq istəyən əcnəbilərdən əmanət ödəmələri tələb olunur və bu vəsait onlar ölkəni tərk edərkən geri qaytarılacaq. Girovun məbləği Daxili İşlər Nazirliyi tərəfindən müəyyən ediləcək.

Eyni zamanda əcnəbi vətəndaşlar üçün vəzifə təyinatı sistemi yeniləndikdən sonra yalnız istehsalat və xidmət müəssisələrində olması və işləməsi tələb olunan şəxslər ölkədə qala biləcək, digərləri isə İrandan çıxarılacaqlar.

Bundan əlavə, xarici vətəndaşlarla bağlı siyasi tədbirləri hazırlayacaq 21 qurumun nümayəndələrinin üzvü olacağı İdarəetmə Şurası yaradılacaq.


Abunəlik