İran Rusiya ilə “böyük saziş” bağlayacaq – Pezeşkian deyib
İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə görüşündə BRİKS dövlətlərarası assosiasiyasının oktyabrın 22-24-də Kazanda keçiriləcək sammiti zamanı Rusiya ilə “böyük saziş” imzalanacağına ümid etdiyini bildirib.
Bu barədə TASS məlumat yayıb.
“Ümid edirəm ki, biz bu sazişi Rusiyada keçiriləcək BRİKS sammiti zamanı bağlayacağıq”, – Pezeşkian vurğulayıb.
Qeyd edək ki, oktyabrın 11-də Aşqabadda Rusiya və İran prezidentlərinin görüşü olub. Danışıqlar İran liderinin vəzifəyə başlamasından sonra Putin və Pezeşkian arasında ilk təkbətək görüş olub.