İran Prezidentindən YENİ TƏLƏB: “Milli Razılıq Hökuməti borcludur ki…”

Baxılıb:68
İran Prezidentindən YENİ TƏLƏB: “Milli Razılıq Hökuməti borcludur ki…”

İran Prezidenti Məsud Pezeşkian parlamentə “Milli Razılıq Hökuməti” adlandırdığı hökumətində bütün İran xalqını təmsil edən nazir vəzifələrinə namizədlərin siyahısını təklif etdiyini açıqlayıb,

“Mehr” məlumat yayıb.

Yeni prezident parlament iclasında deyib: “Milli Razılıq Hökuməti bütün İran xalqının vətəndaş hüquqlarını təmin etməyə borcludur və milli maraqların qorunmasına sadiqdir”.

Pezeşkianın fikrincə, mövcud siyasət və tədbirlər ölkədəki problemləri həll etməyəcək. O qeyd edib ki, onun administrasiyasının planlarından insanların razı qalması onun üçün çox vacibdir. Prezident həmçinin vurğulayıb ki, bəzi problemlər onun hüdudlarından kənarda deyil, ölkə daxilində yaranır.

Son məlumata görə, İran parlamenti prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi yeni administrasiyaya təklif olunan nazirlərin hazırlıq səviyyəsini nəzərdən keçirməyə başlayıb.


Abunəlik