İran: Pentaqon yeni Vyetnam və Əfqanıstanla üzləşə bilər

Baxılıb:28

İran Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanat qeyd olunub ki, əgər ABŞ Yaxın Şərqdə İranı növbəti böhrana təhrik etmək qərarına gələrsə, Pentaqon yeni Vyetnam və Əfqanıstanla üzləşə bilər.

Bu barədə İran Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

“ABŞ növbəti dəfə yanlış hesablama aparır və onun yalançı prezidenti Yaxın Şərqə səfər edərək, İranın dost ölkələrini Tehrana qarşı yönəldir. Məqsəd bu dövlətlərin milyardlarla dollarlarını mənimsəmək, öz iqtisadi çətinliklərini yüngülləşdirmək, həmçinin daxili problemlərini həll etməklə, məhv olmuş iranofobiyanı dirçəltməkdir”, – deyə İran Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub.


Abunəlik