İran İsraili bu tarixdə VURA BİLƏR – Kəşfiyyat AÇIQLADI

Baxılıb:90
İran İsraili bu tarixdə VURA BİLƏR – Kəşfiyyat AÇIQLADI

İran, Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq avqustun 15-də İsrailə hücum edə bilər. 

Bu barədə “Axios” portalının müxbiri Barak Ravid “X” sosial şəbəkəsində İsrail kəşfiyyatındakı iki mənbəyə istinadla məlumat verib.

“İsrail Kəşfiyyat Təşkilatının yenilənmiş qiymətləndirməsinə görə, İran bunu bir neçə gün ərzində, hətta avqustun 15-də girovlarla bağlı danışıqlardan əvvəl edə bilər”, – Ravid yazıb.

Avqustun 12-də İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari bildirib ki, İrandan mümkün hücuma görə ordu “yüksək hazırlıq” vəziyyətindədir.


Abunəlik