İradə Gülməmmədovanın qohumlar oğurluq edir?-VİDEO

Baxılıb:453
İradə Gülməmmədovanın qohumlar oğurluq edir?-VİDEO

Baş memarın həbsindən sonra Abşeron İH-də sular durulmur.
AzTimes.az-a verilən məlumatlarda deyilir ki, rayon ərazisində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hələ təftişləri yekunlaşdırmayıb.
Bu arada həbs edilən memar Akif Əliyevin qardaşı ölkə başçısına, hüquq mühafizə orqanlarının rəhbərlərinə və İnsan hüquqları üzrə müvəkkil, Ombudsman Səbinə Əliyevaya bir neçə dəfə müraciət ünvanlayıb.

O bildirib ki, Abşerondakı korrupsiya əməllərinin arxasındakı şəxs elə İradə Gülməmmədovadır:

“İcra başçısı rayonun baş memarı, sərəncamınızla “əməkdar memar” fəxri adı verdiyiniz qardaşım Akif Əliyevi hiylə işlədərək öz əvəzindən həbs etdirmiş, bacım bu haqsızlığa dözməyərək intihar etmiş, indi isə mənə hədələr göndərməyə başlamışdır. Məlumat üçün bir daha bildirirəm ki, qardaşım Akif Əliyevin zərrə qədər günahı yoxdur və cəsarətlə demək istəyirəm ki, onun rayonda heç bir səlahiyyəti də yox idi. Başçı onun bütün səlahiyyətlərini eləcə də möhürünü, ştampını da əlindən almışdı. Başçı bütün sənədlərə memarın əvəzindən imza atır, möhür vurur və açıq-aşkar pul yığırdı. Qardaşım Akif isə çox vaxtlar işə də getmirdi.

Bir daha xatırladıram ki, bu ilin iyun ayında daxil olmuş çoxsaylı məlumatlar əsasında Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların müraciətləri araşdırılarkən müraciətlərdə göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, Abşeron rayonunun İcra Başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən, bacısı oğlu Babək, yaxın qohumları Şamil, Cəfər rayonda baş alıb gedən rüşvətxorluğa, talançılığa rəvac verir, başçının pul yığanları kimi tanınırlar.
Deyilənləri təsdiq etmək üçün onlarla insan iş aparan müstəntiq tərəfindən qəbul edilmiş, onlar icra başçısının adları çəkilən qardaşının yaxın qohumlarının üzünə dirənməyə hazır olduqlarını bildirsələr də müstəntiq onları dindirməmiş, onlardan izahat alıb rəsmiləşdirməmişdir. İcra başçısı İradə Gülməmmədova vəziyyətin dramatik hal aldığını, özünün, qardaşının və yaxın qohumlarının həbslə üz-üzə qaldığını görərək baş memardan təkidlə xahiş edir ki, sən həbsinə razılıq ver, narahat olma, mən səni 10 gün müddətinə azadlığa çıxaracam. Qardaşım onunla razılaşmasa da, onun üzünə dirənən, əleyhinə ifadə verən olmasa da qardaşım heç bir əsas olmadan qondarma ittihamlarla həbs edilmişdir və hazırda Kürdəxanı təcridxanasında İradə Gülməmmədovanın əvəzindən cəza çəkir.”

Qeyd edək ki, Akif Əliyevin qardaşı Tofiq Calalovun sözlərinin həqiqətə uyğun olması haqda redaksiyasına məlumatlar daxil olub. Prokurorluq orqanının rayona gəlişi haqda xəbərdarlıq alan kimi Gülməmmədovanın bacısı oğlu, Qarabağda adla tanınan “Aptek Hacı”nın oğlu Babək Ağdamdakı evlərinə 20-dək avtomobil apararaq gizlədib.

Hələlik icra başçının qohum-ərabası öz aralarında danışaraq ümid edirlər ki, məsələni qapada biləcəklər. Bütün cinayətlər də Akif Əliyevin üstündə qalacaq.

Bu ərəfədə olanlar haqda araşdırma aparıb daha ətraflı məlumat verəcəyik.

Qeyd edək ki, korrupsiya qalmaqalından başqa İradə Gülməmmədovanın adı daha başqa işdə hallanır.

İradə Gülməmmədova Prezident Aparatın sabiq rəhbəri Ramiz Mehdiyevə ən sədaqətli kadrlardan sayılır. Məsələn az əvvəl Azərsu” Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi Qorxmaz Abbasov COVİD-19 virusundan dünyasını dəyişmişdi.

Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qurumun “Facebook” səhifəsindən başsağlığı vermişdi.

İradə Gülməmmədovanın keçmiş əməkdaşı haqqında başsağlığı verməsi maraq doğurur. Keçmiş əməkdaşla bağlı başsağlığı vermək təbii ki, olar, ancaq buna ölkəmizdə çox az rastlayırıq.

Əslində İradə Gülməmmədovanın başsağlığı verməsi subluminal mesaj kimi də qəbul edilər bilər. Belə ki, Qorxmaz Abbasov sabiq Administrasiya rəhbəri, hazırda AMEA-nın prezidenti Ramiz Mehtiyevin qohumudur. Mətbuatda və keçmiş deputatlar tərəfindən “vurulan” Ramiz Mehtiyevin qohumuna başsağlığı vermək, sadiqlik göstəricisi kimi də başa düşülə bilər.
Əvvələr də mətbuatda Ramiz Mehtiyevin kadrı kimi təqdim edilən İradə Gülməmmədova icra hakimiyyətinin rəsmi səhifəsindən başsağlığı verməklə bir növ özünü sübut etmiş oldu.
Daha sonra məlum qalmaqallı toy ərəfəsində Gülməmmədova Ramiz Mehdiyevin bağ evinə asfalt yol çəkdimişdi. Toydan əvvəl Mehdiyevə qohumlarını təbrik edib, sadəcə mərasimdə iştirak etməyib.
İcra başçısının qardaşı Rövşən Quliyevin oğlu Rauf Quliyevin Binəqədidə ağır cinayət törətməsi də Gülməmmədovanın qanını qaraldan olaylardan oldu. Məsələnin üstü hələlik birtəhər qapanıb. Ancaq geniş ictimaiyyətə ötürülməsi an məsələsi ola bilər.
Qeyd edək ki, İradə Gülməmmədovanın qardaşları uzun illərdir dərman biznesindədirlər və onların heç də az dövriyyəsi olmayan ticarətləri var. Qardaşlar bacılarının karyerasında da mühüm rol oynayıblar. Belə ki, onlar rayonda keçirilən tenderlərin əksəriyyətində iştirak ediblər. Düzdür, öz şirkətləriylə deyil, yaratdıqları törəmə şirkətlər vasitəsiylə.

Bu əsnada onu da dəqiqləşdirməyə nail olmuşuq ki, Gülməmmədova hələ Abşeronda pediatr işlədiyi dönəmlərdə də qardaşlarının maliyyə yardımları sayəsində poliklinika və xəstəxanaların təmirini, dərman təhcizatını həyata keçirib. Amma…

Məsələnin əmmalı tərəfi odur ki, İradə Gülməmmədova icra başçısı olduqdan sonra qardaşlar da iri tender oyunlarına qatılmağa başlayıblar. Onlar Abşeron rayonunun bütün xəstəxanalarının dərman təhcizatını həyata keçiriblər və bu da hər il milyonlarla manat vəsait deməkdir.

(Aktualxeber.az)


Abunəlik