İrəvandan Moskvaya uçan təyyarə bu şəhərdə məcburi eniş etdi

Baxılıb:27
İrəvandan Moskvaya uçan təyyarə bu şəhərdə məcburi eniş etdi

“Aeroflot” aviaşirkətinin İrəvan-Moskva reysi ilə uçan təyyarə bazar ertəsi gecə Həştərxan hava limanında məcburi eniş edib.

Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

“Məcburi enişə səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. O, reysdən çıxarılaraq şəhər tibb müəssisəsinə köçürülüb”, – məlumatda deyilir.

Aydın olur ki, aviaşirkətin qərarı ilə Həştərxandan reysin uçuşu bu gün saat 14:00-a (Moskva vaxtı ilə 13:00) gerçəkləşib.


Abunəlik