İrəvanda müəmmalı intihar: Türkiyə vətəndaşı Fərid Fəttahov asılmış vəziyyətdə tapıldı
Fevralın 16-da İrəvanda faciəli hadisə baş verib.
Saat 22:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Davitaşen Polis İdarəsinə İrəvan sakini Samvel A. tərəfindən Mikoyan, 78/6 ünvanındakı binada kişi meyiti olması barədə xəbər daxil olub.
Polis onun Türkiyə və Rusiya Federasiyası vətəndaşı, ilkin məlumata görə, özünü binanın 2-ci mərtəbəsinin dəhlizində tavandan asaraq intihar edən 32 yaşlı Fərid Fəttahov olduğunu müəyyən edib.
Xilasedicilər kəndiri kəsərək onu aşağı endiriblər və təcili tibbi yardım briqadası gələrək onun öldüyünü müəyyən edib.
Mənbənin bildirdiyinə görə, zəng vuran şəxs Van rayonunun icra başçısı olub, mərhumu isə onun həyat yoldaşı, Rusiya Federasiyası vətəndaşı aşkar edib.