İrəvan Bakıya adam göndərmək üçün şərt irəli sürür – COP29 PLANI

Baxılıb:39
İrəvan Bakıya adam göndərmək üçün şərt irəli sürür – COP29 PLANI

Ermənistan Bakıda keçiriləcək COP29 tədbirində iştirak etmək üçün Azərbaycan qarşısında şərt irəli sürür.

Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutyunyan sülh sazişi üzrə irəliləyişin İrəvanın COP29-da iştirak etmək qərarına təsir edə biləcəyini deyib.

“Azərbaycanla sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var. Biz başlanmış prosesin yaxın gələcəkdə sülh sazişinin imzalanmasını reallığa çevirəcəyinə ümid edirik. İrəliləyiş olarsa, bu, İrəvanın COP29-da iştirak qərarına təsir edə bilər. Bununla yanaşı, bir çox şərtlər bu qərara təsir edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan sülh sazişinin razılaşdırılmış bəndlər üzrə imzalanmasını, razılaşdırılmamış bəndlərin sonraya saxlanılmasını təklif edir. Bu, Azərbaycanın tələblərinin arxa plana keçirilməsi planının tərkib hissəsidir.


Abunəlik