İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb – Qriqoryan açıqladı

Baxılıb:90
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb – Qriqoryan açıqladı

Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

Bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi də rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana təhvil verdiyi barədə məlumat yayıb.


Abunəlik