İqlim dəyişikliyi səbəbindən güclü qasırğalar gözlənilir

Baxılıb:127
İqlim dəyişikliyi səbəbindən güclü qasırğalar gözlənilir

Yer üzündəki iqlim dəyişikliyi səbəbindən çox güclü qasırğaların olacağı gözlənilir.

Bu cür fəlakətləri təsnif etmək üçün yeni kateqoriyaya ehtiyac yaranıb. Bu nəticəyə Lourens Berkli Milli Laboratoriyasının amerikalı klimatoloqları gəliblər.

Mövcud Saffir-Simpson qasırğa şkalasına 1-dən (33-42 m/s) 5-ə (70 m/s-dən çox) qədər beş kateqoriya daxildir.

Artıq Laurensa Laboratoriyasının alimləri, Saffir-Simpson şkalası üzrə hipotetik 6-cı kateqoriya (85m/s) təqdim ediblər.

“Məqsədimiz riskin böyüklüyünü və qlobal istiləşmə şəraitində qasırğaların getdikcə daha çox problemə çevriləcəyini diqqətə çəkməkdir”, – deyə elmi işin müəlliflərindən biri Maykl Vehner bildirib.


Abunəlik