İntihar etmək istəyən şəxsi ailə üzvləri xilas etdi

Baxılıb:206
İntihar etmək istəyən şəxsi ailə üzvləri xilas etdi

Bərdədə intihar etmək istəyən kişi ailə üzvləri tərəfindən xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Meşəçilik massivində yaşayan, 1990-cı il təvəllüdlü Allahverdiyev Eldəniz Uğur oğlu yaşadığı evin həyətindəki ağacdan özünü iplə asaraq intihara cəhd edib.

Eldənizin ailə üzvləri bundan vaxtında xəbər tutub və onun həyatını xilas etmək mümkün olub. 

Xəstəxanaya çatdırılan E.Allahverdiyevə ilkin tibbi yardımın göstərilib. Hazırda vəziyyəti ağırdır, xəstəxananın reanimasiya şöbəsindədir.


Abunəlik