İnsanların qorxulu kabus saydığı Bağırov

Baxılıb:2597
İnsanların qorxulu kabus saydığı Bağırov

Mircəfər Bağırov adını eşidəndə nədənsə adamın ağlına represiya qurbanlarının surəti gəlir.Adam sümüklərində Sibirin qan dondurucu soyuğunu hissedir.Damarlarından Qazağıstanın cəhənnəm kimi qovuran istisi keçir. Bir sual doğur:Bəs nə üçün?Doğrudandamı Bağırov bu qədər qorxunc biri idi?Doğrudanmı o miilətin kökünü kəsməklə məşğul idi?onu bu addımı atmağa nə vadar etmişdi? Bu yazımı bir neçə sayt rədd etdi. “Bağırovu niyə tərif edirsən” sualını verənlər də az olmadı.Ama inanın ki,nə bu araşdırmanı,nə başqa yazılarımı yazarkən əsla tərəf tutmadım.Sadəcə faktlara əsaslanan bir araşdırma etdim.Arxiv materiallarına,Məhkəmə qərarlarına,yansıyan faktları toplamağa çalışdım. Mircəfər Abbas oğlu Bağırov 17 sentyabr 1896 –cı ildə Qubada anadan olmuşdu.Bəzi mənbələrdə onun ailəsinin Qubaya Dərbənddən köçdüyü bildirilir.İlk təhsilini mollaxanada ,sonra isə ziyayıların topladığı pulla Petrovski 2 illik kursunda (Mahaçqala)başa vuran Bağırov ilk işinə Xudat stansiyasındakı məktəbdə müəllim kimi başlamışdı.Müəllim işlədiyi müddət ərzində qız şagirdlərin məktəbə cəlb olunmasında böyük səy göstərmişdi. M.Bağırov siyasi fiqur kimi 1933-cü ildən sonra görünməyə başladı. Azərbaycan KP.MK.Bakı komitəsinin birinci katibi seçilməsi ilə burada geniş sovetyönümlü fəaliyyətə başlayan Bağırov ilk qərarlarıyla Stalinə nə qədər bağlı biri olduğunu göstərdi. 1937-38 –ci illərdə sovet imperiyasını öz çiyinlərində Azərbaycanagətirmiş bolşeviklərdən demək olar ki az adam gözə görünürdü və yaxud da heç yox idi. Onların çoxu ya güllələnmiş,ya da həbs edilmişdi. Çox maraqlıdır ki,bir Bağırovun toxunulmazlığı qorunurdu. Çox araşdırmaçılar buna səbəb onun Beriya ilə yaxın dosluğunu göstərirdilər.Azərbaycanın məhşur simalarından olan Ceyhun Hacıbəyli öz qeydlərində Bağırovun özünü qorumaq üçün bütün rəqiblərini ləkələməkdən belə çəkinmədiyini bildirirdi.Bunun davamı olaraq 37-38 –ci illərin qətilləri,həbs və sürgünləri başladı.Bu qorxu insanları1953- cü iləkimi izlədi.53-cü ildənetibarən isə…hər şey tərsinə çevrildi.Bir çoxları bunu Bağırovun günahsız yerə qanına bais olduğu insanların bəd duası kimi səciyyələndirirdilər.Bəziləri isə allahın yazısıdı deyib ötüşür.1953-cü ildə Beriya güllələndi.Ona tərəfkeşlik etdiyi güman edilən M.Bağırov1955 –ci ildə həbs edildi və1956-cı ildə haqqında güllələnmə qərarı çıxarıldı.Onun güllələnməsi məsələsində də təzadlı məqamlar var.Bəzi mənbələr onun haqqında güllələnmə hökmünün çıxarıldığını,lakin bunun həyata keçirilmədiyini,onun17 may 1976-cı ildə Dalnoçerenskidəki ölüm düşərgəsində öz əcəli ilə vəfat etdiyini deyir.Həmin düşərgənin rəisinin dedikləri: “Ölümünə iki ay qalana qədər türmədə aşpaz işləyirdi. Çox da xəstə olmadı. Sakit-səssiz qoca idi. Eləcə də dünyadan köçdü. Srağagün, elə öldüyü gün də dəfn elədik Bunları bir çoxumuz bilirik Bəs M.Bağırovun bilmədiyimiz əməlləri hansılardı?

Böyük vətən müharibəsi dövründə hərbə cəlb edilən azərbaycanlıların dili bilmədiyi üçün əmrə tabe olmadıqları deyilərək güllələnməsinin qarşısını almaq məqsədi ilə azərbaycan dvizyasının təşkili.namus üstə yüksək vəzifəli şəxslərin güllələnməsi.Hətta Yevlax rayonunun bir kəndindən olan əsgərin müraciətinə əsasən rayona təyin edilmiş prakrorun əsgər arvadına göz dikdiyi üçün əhalinin gözü qarşısında güllələnməsi M.Bağırovun bilavasitə rəhbərliyi altında tikinti işləri sürətlə aparılmış, Bakıda Nazirlər Kabinetinin binası, hökumət evi, Nizami adına kinoteatr, Şəhriyar adına mədəniyyət evi, xalça muzeyi, Respublika stadionu və s. tikilib istifadəyə verilmişdir. Onun hakimiyyəti illərində Azərbaycan Elmlər Akademiyası və onun bir sıra institutları, Azərbaycan Politexnik İnstitutu və s. ali və orta məktəblər şəbəkəsi istifadəyə verilmişdir. Bağırov respublikanın kadr məsələsinə də böyük fikir verirdi. Ali və orta ixtisas məktəblərinə ildən-ilə tələbələrin qəbulunun artmasına, partiya və dövlət işlərində çalışacaq kadrların hazırlanmasına, xalq təsərrüfatının müxtəlif sahələri üçün mütəxəssislərin təkcə respublika deyil, Moskva, Leninqrad, Kiyev və s. şəhərlərdə hazırlanmasına xeyli əmək sərf etmişdir. M.Bağırov Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin inkişafı sahəsində də xeyli iş görmüşdür. Onun dövründə Azərbaycanın şəhər və kəndlərində teatrlar, klublar, mədəniyyət evləri, kitabxanalar tikilib xalqın istifadəsinə verilmişdir. Şair, yazıçı və bəstəkarlar yeni-yeni əsərlər yazmış və yüksək mükafatlara layiq görülmüşlər. M.Bağırovun başçılığı ilə Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Daşkəsən kimi yeni sənaye mərkəzləri salınmış, onlarla yeni-yeni fabrik və zavodlar, maşınqayırma müəssisələri yaradılmışdır. 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı M.Bağırov alman-faşist işğalçılarına qarşı mübarizəyə və qələbəyə Azərbaycan fəhlələrini, kəndlilərini və ziyalılarını var qüvvəsi ilə səfərbər etmişdir. Azərbaycan milli diviziyalarının yaradılması işinin təşkilatçısı olmuşdur. Eyni zamanda o, ön cəbhəni yanacaqla təmin etmək üçün neft çıxarılmasını və neft məhsulları, döyüş sursatları istehsalının artırılması, kənd təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi, Azərbaycanın döyüşən ordunun cəbbəxanasına çevrilməsində səylə çalışmışdır.
Pərvin Abışova


Abunəlik


One thought on “İnsanların qorxulu kabus saydığı Bağırov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir