İnsan beynində sağ qalma mərkəzi tapıldı

Baxılıb:137
İnsan beynində sağ qalma mərkəzi tapıldı

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun alimləri insan beynində sağ qalma mərkəzi aşkar ediblər.

Tədqiqat nəticələri “PLOS Biology” jurnalında dərc olunub.

Qeyd olunub ki, hipotalamus bədən istiliyinin, aclığın və yuxunun tənzimlənməsindəki rolu ilə tanınır. O, həmçinin stresə cavab olaraq simpatik sinir sistemini stimullaşdırmağa qadirdir və bununla da əzələləri artan fəaliyyətə hazırlayır.

Tədqiqatlar zamanı elm adamları hipotalamusun fəaliyyətində, eləcə də insan beyninin əlaqəli sahələrindəki dəyişikliklərin yaşamaq üçün zəruri olan keçid davranışı ilə əlaqəli olduğunu təsdiqlənib.

Hipotalamusdakı sinir fəaliyyətinin nümunələri mütəxəssislərə sağ qalma oyununda iştirakçının növbəti tapşırığı nə dərəcədə yaxşı yerinə yetirəcəyini proqnozlaşdırmağa imkan verib. Buna baxmayaraq, digər davranışlar arasında keçid zamanı əlaqə görünməyib.


Abunəlik