İmran Xan “Taliban”a 3 sərt qoydu-Qəbul edilməsə ..
Pakistanın Baş naziri İmran Xan Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qarşısında 3 şərt qoyub. AzTimes.az xəbər verir ki, baş nazir yeni hökuməti yalnız əhatəli olması, insan hüquqlarına hörmət etməsi və Əfqanıstan ərazisini terror mərkəzi olaraq istifadə etməməsi halında tanıyacaqlarını söyləyib. BBC-yə danışan İmran Xan tanınma qərarının bölgədəki İran, Özbəkistan və Tacikistan kimi digər aktorlarla birlikdə alınacağını bildirib. Pakistan, İran, Özbəkistan, Türkmənistan, Çin və Qətər kimi ölkələrin Əfqanıstanda “Taliban” rəhbərliyini tanıyan ilk ölkələr olacağı təxmin edilir.//kanal.az