İmişlidə vətəndaşı dinləyən yoxdur… – GİLEY

Baxılıb:696
İmişlidə vətəndaşı dinləyən yoxdur… – GİLEY

İmişli Rayon Xəlfəli kənd sakini Ələddin Mənsimov xırda buynuzlu heyvanlarının xəstəlikdən tələf olmasına görə, Baytarlıq İdarəsinin əməkdaşlarına dəfələrlə müraciət edib.

Vətəndaşın şikayətinə baxmayaraq müraciətə əhəmiyyət verən olmayıb. Daha sonra yenidən Təsərrüfat sahibi Baytarlıq idarəsinin Xəlfəli kənd üzrə əməkdaşına müraciət edərək bildirib ki, xəstəlikdən ölmüş heyvanların basdırılması üçün kənar ərazi seçilsin. Vətəndaşın etdiyi müraciətin cavabı olaraq, kənd üzrə Baytarlıq məmuru isə bildirib ki, ”ged öz həyətində basdır”.

Əslində bu cür halın baş verməsi epidemiyanın yayılmasına səbəb ola bilər. Əməkdaşımız sözügedən müraciətlə bağlı Davud Atakişiyevin hazırladığı video reportajı oxucularımıza təqdim edir: //GundemXeber.Az//


Abunəlik