İmişlidə baş verən qəzada həyatını itirən azyaşlılarla bağlı YENİ DETALLAR

Baxılıb:89
İmişlidə baş verən qəzada həyatını itirən azyaşlılarla bağlı YENİ DETALLAR

İmişli şəhərində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən azyaşlılar polis əməkdaşının qardaşı övladlarıdır.

Məlumata görə, qəzada xəsarət alan yol patrul xidmətinin inspektorudur və onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yaralıların müalicəsi davam etdirilir.

İmişli şəhərindəki ağır-yol nəqliyyat hadisəsi zamanı həyatını itirən və xəsarət alan şagirdlərin hansı məktəbdə oxuduqları məlum olub.

Məlumata görə, qəzaya düşən məktəblilər İmişli rayonu Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olublar.

Hadisə bu gün saat 12:30-da, məktəblilər dərsdən evə gedən zaman baş verib. Qəzada iki nəfər həlak olub, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Zenfira Sevdimalı açıqlamasında bildirib ki, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır:

“Ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq”.

Əzizə İsmayılova

İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki uşaq həyatını itirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yol Polisi (DYP) avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib:

“Onlardan ikisi həyatını itirib, digər azyaşlılar və sürücü isə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır”.


Abunəlik