İmamoğlu həbs ittihamları ilə məhkəməyə aparıldı
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu İBB-yə qarşı aparılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə aparılıb.
Bu barədə yerli mətbuat xəbər verir.
İmamoğlu martın 19-da korrupsiya ittihamı ilə həbs edilib və növbəti 4 gün müddətinə həbs edilib. O, müxalif Cümhuriyyət Xalq Partiyasının liderlərindən biri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibidir.
Həbsindən bir neçə gün əvvəl İmamoğlunun diplomu ləğv edilib. Türkiyə qanunvericiliyinə görə, ali təhsili olmayan şəxs prezident postuna seçilə bilməz.
İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 99 şübhəli barəsində “cinayətkar təşkilata rəhbərlik”, “cinayətkar təşkilata üzvlük”, “korrupsiya”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderi saxtalaşdırma” cinayətləri ilə bağlı istintaq başladılıb, onun və digər şəxslər “PKK/KCK terror təşkilatına yardım” ittihamı üzrə cinayət işi davam edir.