İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Baxılıb:100
İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Ermənistanın baş nazirinin Aparatı ilə Azərbaycan Prezident Administrasiyası arasında birbaşa əlaqənin qurulması davam edir.

Bu barədə Ermənistanın baş naziri Aparatının mətbuat xidməti “pastinfo” saytının sorğusuna cavabında bildirib.

Sayt yazır ki, onları xüsusilə iki ölkə liderləri arasında birbaşa təmasın davam etməsi, sonuncu dəfə bu təmasın nə vaxt və kimin təşəbbüsü ilə olması, hansı məsələlərin müzakirə edildiyi maraqlandırır. Ermənistan baş naziri Aparatının mətbuat xidməti saytın sorğusuna cavabında qeyd edib: “İki ölkənin müvafiq strukturları arasında əlaqə davam edir, prosedur və dövrilik göstərilməyib, zərurət yarandıqda birbaşa əlaqə qurulur”.

Qeyd edək ki, Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması ilə nəticələnən 19 aprel razılaşması Bakı və İrəvanın birbaşa təması ilə əldə olunub. Bu, regionda üçüncü tərəflərin iştirakı olmadan problemlərin həll edilməsi presedentini yaradıb.


Abunəlik