“İlk Ağdam və Şuşa qazlaşdırılacaq” – “Azəriqaz” rəsmisi

Baxılıb:114
“İlk Ağdam və Şuşa qazlaşdırılacaq” – “Azəriqaz” rəsmisi

“İşğaldan azad olunan ərazilərdə qaz sayğacları quraşdırıldıqdan sonra sözsüz ki, abunəçilərə müəyyən kodlar veriləcək”.

Aztimes.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün təşkil olunan “Açıq qapı” aksiyasında deyib.

Onun sözlərinə görə, bu, qazlaşma işi yekunlaşdıqdan sonra olacaq.

O qeyd edib ki, azad olunan ərazilərdə qazlşama işi ilə əlaqədar hazırda yalnız layihələndirmə işləri görülür: “İlk olaraq Ağdam və Şuşanın qazlaşdırılmasından söhbət gedir.

Bundan başqa, işğaldan azad olunan əraizlərdən daxil olan zəngləri cavablandırmaq üçün də operatorlar ayrılacaq”.


Abunəlik