İlham və Fərizə faciəsi təkrarlandı-FOTO

Baxılıb:663
İlham və Fərizə faciəsi təkrarlandı-FOTO

Bu gün Tərtərin Sarıcalı kəndində qəhrəmanlıq və məhəbbət dastanı bir anın içində yazıldı. “Mehdi və Mələk” dastanı yaşandı. Qarabağı işğaldan azad etmə döyüşlərində kənd sakini Mehdi qəhrəmancasına şəhid olub. Şəhid saat 12 radələrində kəndin qəbristanlığında torpağa tapşırılıb və dəfndə iştirak edənlər kəndə geri dönəndə daha bir faciə ilə qarşılaşıblar. Mehdinin sözlüsü ( hələ rəsmi nişan olmayıbmış) Mələk özünü asaraq öldürüb. Mələk sözlüsünün ona hədiyyə etdiyi ətir şüşəsinə bir məktub büküb: ” Mənə sənsiz həyat yoxdur, Mehdi”. Bir saat əvvəl mələk kimi Mələyi Mehdinin yanında torpağa tapşırdılar. Bu həyatda qovuşa bilmədiniz, ay gözəl sevgililər. O dünyada nə tez qovuşdunuz. Mehdinin 24, Mələyin 18 yaşı vardı. 30 il əvvəl biz buna bənzər hadisəni İlham və Fərizənin simasında yaşamışdıq. Bu xalq məhəbbət və qəhrəmanlıq dastanı yazmaqda davam edir. Mehdi kimi qəhrəmanları, Mələk kimi sədaqət nümunəsi qızları olan xalq məğlub olmayacaq!

© İlham İsmayıl

AzTimes.az


Abunəlik