İlham Əliyevin daha bir nəvəsi doğuldu: Ərdoğan gözaydınlığı verdi 

Baxılıb:30

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Liderlərin görüş zamanı səmimi söhbəti maraqla qarşılanıb.

Ərdoğan İlham Əliyevi “Gəl səni qucaqlayacam” sözləri ilə qarşılayıb. Daha sonra o, Macarıstanın Baş naziri Viktor Orbanın da müşayiətində nəvələri ilə bağlı zarafat edib.

“Qardaşım İlham Əliyevin 9 nəvəsi var. Mənim də 9 nəvəm var. Gələcəyimiz güvəndədir”, – deyə Ərdoğan söyləyib.

O, həmçinin “Türk dünyası qardaşlıq əsasında ayağa qalxacaq” deyərək bütün dünyaya mesaj verib.

Zirvə görüşü təkcə səmimi anlarla deyil, həm də strateji birlik və həmrəylik danışıqları ilə yadda qalıb.


Abunəlik