İlham Əliyev iki fərman imzaladı

Baxılıb:69
İlham Əliyev iki fərman imzaladı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Əsasnamə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmana əsasən təsdiq edilib.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

***

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlir və xərcləri artırılıb.

Prezident İlham Əliyev bununla bağlı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428 292,00 manatdan 2 850 308 292,00 manata qaldırılıb.


Abunəlik