İlham Əliyev muxalif partiya liderlərini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib.
AzTimes.az-ın xəbərinə görə, Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.