İlham Əliyev İsrail prezidentinə başsağlığı verdi

Baxılıb:156
İlham Əliyev İsrail prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Reuven Rivlinə başsağlığı məktubu ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.


Abunəlik