İkinci şəxsə “Neuralink” implantı qoyuldu: “400 elektrod fəaliyyət göstərir”

Baxılıb:122
İkinci şəxsə “Neuralink” implantı qoyuldu: “400 elektrod fəaliyyət göstərir”

“İkinci şəxs “Neuralink” şirkətinin istehsalı olan implantasiya prosedurunu uğurla keçib”.

Bunu amerikalı sahibkar İlon Mask “YouTube” bloqeri Lex Friedman ilə podkastda deyib.

“Mən onu incitmək istəmirəm, amma görünür, bu implantla hər şey çox yaxşı getdi. Çoxlu siqnal qəbul edir və çoxlu elektrodlara malikdir. Əla işləyir”, – Mask bildirib.

Onun sözlərinə görə, xəstənin beynində 400 elektrod fəaliyyət göstərir.

Daha əvvəl “Neuralink” çipinə sahib olan ilk şəxs Nolan Arbaugh demişdi ki, bəzi elektrodlar onun beynindən uzaqlaşsa da (təxminən 15%-i hazırda işləyir), cihazın effektivliyi artmaqda davam edir. Arbo ümid edib ki, təcrübənin növbəti iştirakçısı elektrodların 90-100%-ni aktivləşdirə biləcək və bu, hazırda onun üçün mövcud olmayan yeni imkanlar açacaq.

Mask həmçinin şirkətin ilin sonuna qədər “Neuralink” implantları olan xəstələrin sayını 10-a çatdırmağı planlaşdırdığını bildirib.

2024-cü ilin yanvarında o, beyin implantı alan ilk şəxsin onurğa beyni zədəsi səbəbindən tamamilə iflic olan 29 yaşlı Nolan Arbauqh olduğunu açıqlayıb.

Cihaz beynin motor fəaliyyətinə cavabdeh olan bölgəsinə implantasiya edilib və beyin siqnallarını oxuyan mikrotellərə qoşulub. Bu siqnallar simsiz olaraq kompüter proqramına ötürülür və sahibinə öz düşüncələri ilə cihazı idarə etməyə imkan verir.

Texnologiya motor funksiyasını itirən insanlara kömək etmək üçün nəzərdə tutulub.

İyulun əvvəlində Mask eksperimentin başqa bir iştirakçısı üçün implant quraşdırmaq planlarını açıqlyıb.


Abunəlik