İkinci Qarabağ müharibəsi iştirakçısının qızı imkansızlıqdan dərslərə qatıla bilmədi-UTANCVERİCİ OLAY

Baxılıb:956
İkinci Qarabağ müharibəsi iştirakçısının qızı imkansızlıqdan dərslərə qatıla bilmədi-UTANCVERİCİ OLAY

AzTimes.az xəbər verir ki, hadisə Naftalan rayonunda baş verib. İkinci Qarabağ müharibəsi iştirakçısı Bəhruz Məhəmmədov yeganə qızına forma ala bilmədiyi üçün azyaşlı dərslərə qatıla bilməyib.
Bəhruz Məhəmmədov Talış yüksəkliyi, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Amma nədənsə heç bir medalla təltif olunmayıb. Olduqca çətin durumda yaşayan müharibə iştirakçısı iddia edir ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə durumu ilə bağlı müraciət etsə də heç bir cavab gəlməyib.
Bəhruz Məhəmmədov Müdafiə Nazirliyinə haqqı olan təltifləri ilə bağlı dəfələrlə müraciət edib, nazirlik isə öz növbəsində susqunluğunu qoruyub.
” Bütün ərizə və məktublarımın cavabsız qaldığını gördüm. Prezident Naftalan rayonuna səfər edərkən qərara gəldim ki, bir yol tapıb şəxsən onunla görüşüm, muraciətimi edim,dərdimi danışım. Bundan xəbər tutan Naftalan  Rayon Polis Şöbəsinin rəisi məni tutduraraq içəri saldırdı. Bir də prezidentin səfərindən sonra sərbəst buraxılmışam. Dərdimi kimə deyim?  Məktubların cavabsız qalıb. İşsizəm. Balamın gözlərinə baxa bilmirəm… Nə edim ? Mən də öz qoruduğum, yolunda hər şeyimi verdiyim vətəni qoyaraq xaricəmi qaçım? Yaşlardan sığınacaqda istəyim…mənə yol göstərin.”


Abunəlik