“İkili qeydiyyat”-Kölgədən məktub var
Yazıram…… Kimə yazıram bilirəm, lakin niyə yazıram onu qərarlaşdira bilmirəm. Mən yazıram ancaq sən oxumursan, görmürsən, duymursan. Məsələ ayrılıq, uzaqlıq da deyil. Yaxin olsan belə eşitməyəcəksən. Axi ölülər eşitmir…. Cismən olənlərin yenə bir məzarı olur üstünə şəkilli baş daşı olan. Gedib ağlayıb öpüb qucaqlayıb , tozunu alıb torpağını qoxladığımız. Bir də ruhən ölənlər var. Mənim üçün sənin kimi, sənin üçün mənim kimi… Ruhumda səni öldürdüm. Bilirsən?! Elə öldürdüm ki, bütün iş günü otağimdakı dolabin rəfində qoyduğum səndən mənə qalan ən dəyərli hədiyyə qutusunu açıb baxmayacaq qədər…
Dünən o şəhərdə idim. Bütün ölkəni nura, mənim həyatımısa zülmətə boyayan, bir zaman sevincim, soradan həsrətim, sonda isə heçneyim olmayan o şəhərdə. Gəldim… heç kimə demədən gəldim. Yenə də sənə demədim -həmişə olduğu kimi. Amma bu gəliş sevinc gəlişi, sürpriz xarakteri dasimirdi həmişə olduğu kimi. Bu gəliş sınaq gəlişi idi. Bu dəfə daşını torpağını qarşısını arxasını görəndə sevindiyim 3/1 binasi, avtomobillərin sürətlə keçdiyi, sənin dilinlə desək “dal yol” məni, mən isə həsrətlə səni gözləmirdim. Sən də həmişəki kimi o körpünü düşüb mənimlə danisa-danisa evə getmirdin. Mən də qapını açıb “qucaaa”deyə qişqirmayacaqdım. Axi sən bir ölüsən….. Nə də göl kənarındakı otelin 118 nömrəli otağı gözləmirdi bizi. İntriqalarin yarandığı, yalanların açıldığı, etirafların edildiyi, saxta göz yaşlarının axıdıldığı “növbətçi” sarılmaların, “məntiqli” sevginin, öhdəlikli seksin şahidi olan o otaq. İndi düşünürəm ki, məni səndən uzaqlaşdırmalı idi o yaşananlar. Ancaq əksinə oldu. Məni sənə yaxinlaşdırdıqca səni məndən, məni isə qururumdan uzaqlaşdırdı.
İlk dəfə mən səni tanıyanda səndən nə az, nə çox, düz 3545 km uzaqda idim. 02.08.2018 tarixində Baltik dənizinin sahilindəki nağıl şəhərində Kür çayının sahilindəki Nur səhərindən cərəyan aldım. Seyrək dişli, uşaq baxışlı, badam gözlü bir ölünün cərəyanını. İkili qeydiyyatı ilə zamansız gəlib, zamanında gedən bir ölünün.
Əslində hər şey ikili qeydiyyatdan baslamışdı. Səndən sonra ilk dəfə peşəmə nifrət etdim. Yazsam uzanacaq, qoy uzanmasın . Amma sənə ən böyük haqqı səni ruhumda öldürdükdən sonra verdim. Məgər sən haqlı imişsən. İyrənməməli imiş insan. Ancaq mən səndən nə iyrənirəm,nə də nifrət edə bilirəm. Çox klapanlı ürəyin gəldi-gedər bir sakini, macəralı həyatın bir parçası idim. 7 ay 29 gün çəkmiıdi düşünürdüm, amma cəkməyibmis. Ondan da az imiş. Heç nə yox imiş. Əvvəli yalanla başlayan heç nəyi xatırlamağa dəyməzmiş. Sonu əvvəlindən bilinən bir sevgi, film kimi görünən günlər, public xoşbəxtlik, başqa qadınlar, başqa kişilər. Dəyişməyən tək şey, sənin yeganə sevincin olan ikili qeydiyyatındır. 7 ay 29 gün səni mənə verib məni özümdən alan….
Hekayələr, esselər,rəvayətlər bəzən sonda “əlvida”ilə bitir. Mən sənə əlvida demirəm- zatən duymursan. Axı sən bir ölüsən. Gecələr mənim dizimdə yatıb, səhərlər başqasının dodağında oyanan bir ölü….
Kölgə /AzTimes.az/