İki min erməni İrəvandan Xankəndiyə yürüş etməyə hazırlaşır – YENİ PLAN

Baxılıb:102
İki min erməni İrəvandan Xankəndiyə yürüş etməyə hazırlaşır – YENİ PLAN

Qarabağdan Ermənistana qaçan separatçı Samvel Babayanın yeni planlar qurduğu ortaya çıxıb.

“Hraparak” nəşri Babayanın Qarabağdan Ermənistana qayıtmış erməniləri təşkilatlandırmaq və onlara “rəhbərlik” etmək istiqamətində hərəkətə keçdiyini yazıb.

Nəşr İrəvandakı separatçılara istinadən yazır ki, son həftələrdə Babayan erməniləri “Qarabağa qayıtmaq” adı altında öz ətrafında cəmləyir.

“Babayanın qohumları onun adından “Qarabağ ermənilərinə” bildirirlər ki, iki min nəfər toplaşarsa, “məcburi köçkün” kimi maşın karvanı ilə Xankəndinə qayıdacaq və Azərbaycan hakimiyyəti altında yaşayacaqlar. Bu yürüşə şəxsən Babayanın rəhbərlik edəcəyi deyilir”, – nəşr yazır.

Nəşr digər separatçıların “qaydış planı”nın baş tutacağına inanmadığını qeyd edir.

“Onlar hesab edirlər ki, heç 200 nəfər də Xankəndiyə qayıtmaq istəməyəcək. Düşünürlər ki, Babayanın əsl məqsədi geri qayıtmaqdan daha çox, “Qarabağ erməniləri”ni Ermənistanın daxili siyasi proseslərindən uzaqlaşdırmaq, onların hökumətin əleyhinə nümayişlərdə iştirakının qarşısını almaqdır. Bu, Nikol Paşinyana gizli dəstəyin verilməsi məqsədi daşıyır”, – nəşr diqqətə çatdırıb.


Abunəlik