İki güləşçimiz dünya çempionatında finala YÜKSƏLDİ
Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
Bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 65 kq-da Zirəddin Bayramov və 70 kq çəki dərəcəsində Kənan Heybətov qızıl medal görüşlərinə çıxacaqlar.
Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, özbəkistanlı Umidcan Cəlalov və ABŞ təmsilçisi Miçel Mesenbrinklə üz-üzə gələcəklər.
Qeyd edək ki, final görüşləri avqustun 16-da keçiriləcək.