İki deputata yeni vəzifə veriləcək
Azərbaycan Milli Məclisinin (MM) iki deputatına vəzifə verilir.
Aztimes.az Report-a istinadən xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Məlahət İbrahimqızının, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.
Layihə parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin namizədliyi irəli sürülmüşdü. Lakin həmin məsələ baxılmadan saxlanılıb.