İdarə rəisi vəzifəsindən azad olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev vəzifəsindən azad olunub.
Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mübariz Vəliyev digər vəzifəyə təyin olunması ilə əlaqədar əvvəlki vəzifəsindən azad edilib:
“Hazırda idarənin rəisi vəzifəsi müvəqqəti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırova həvalə olunub”.