İctimai fəal Əhməd Məmmədli adam vurdu – Saxlanıldı
Hadisə mayın 6-da saat 22 radələrində Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb. Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. İlkin məlumata görə, hadisəyə səbəb taksidə yer üstündə mübahisə olub. Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.