İcra hakimi vətəndaşın torpağını əkir-ÖZBAŞNALIQ

Baxılıb:752
İcra hakimi vətəndaşın torpağını əkir-ÖZBAŞNALIQ

Qazax rayonunda məmur özbaşınalığı baş alıb gedir , mülki vətəndaşların haqqı və hüququ tapdalanır.

AzTimes.az xəbər verir ki, Rayonun II Şıxlı kənd sakini Dilişov Zirəddinə məxsus 1.63 ha torpaq sahəsi var, 4 ildi bu sahə icra hakimi tərəfindən əkilir və buna heçnə vətəndaş iddia edir ki, 2019- cu ildə icra başçısı Rəcəb Babaşovun qəbulunda olanda vətəndaşa danışmağa imkan verməyib, vəzifəsindən sui-istifadə edərək 5 sutka həbs verdirmişdi. Vətəndaşın sənədləri bu il tam qaydasına düsüb, yəni torpağın çıxarışı,sərhədləri bəlli olub .

Yerli kənd məmurlarının təzyiqləriylə üzləşdiyinə görə vətəndaş mart ayında DTX və DİN-ə rəsmi müraciət etmişdi. İndi Prezidentin çıxışına güvənərək öz haqqını tələb edir. Və bu gün Rəcəb Babaşov kartof sahələrinə baxış keçirdib, tapşırıb ki, sabah həmən 1.63 ha ərazidəki kartofu yığsınlar . Vətəndaş son 3 gündə 102 xidmətinə 2 dəfə zəng edərək şikayətini bildirib. Qazax prokurorluğuna da şifahi şikayət edilib.(Qasım
müəllim) Indi bu kasıb kəndliinin haqqını yemək istəyirlər.
Əlacı kəsilən vətəndaş yeganə çıxış yolu kimi Cənab Prezidentə müraciət edir və inanır ki, möhtərəm Prezidentimiz bu işlə yaxından tanış olub lazımi tədbir görəcək.


Abunəlik