İcra başçısının koronavirusdan ölməsi xəbəri YALANDIR – YENİLƏNİB
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin koronavirusdan (COVİD-19) vəfat etməsilə başğlı məlumatlar yalandır.
Bunu Modern.az-a açıqlamasında İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva bildirib.
S.Mirzəliyeva qeyd edib ki, hazırda xəstəxana şəraitində müalicə alan başçının vəziyyəti stabildir.
***
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin koronavirusdan (COVİD-19) vəfat etməsi barədə xəbərlər yayılıb.
Modern.az xəbər verir ki, bununla bağlı “feysbuk” sosial şəbəkəsində məlumat paylaşılıb.
Qeyd edək ki, Vahid Heydər oğlu Tağıyev 1961-ci ildə Göyçay rayonunun Alpoud kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirib. Həmin ildən Avtomobil Təmiri Zavodunda iş fəaliyyətinə başlayıb, çilingər vəzifəsindən zavodun Texniki Nəzarət şöbəsinin rəisi vəzifəsinədək yüksəlib. 1984-1987-ci illərdə Göyçay rayonu “Leninqrad” südçülük sovxozunda azad komsomol komitə katibi, 1987-2016-ci illərdə Azərbaycan Respublikası DTK, MTN və DTX-də hərbi qulluqda əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili və rəis vəzifələrində işləyib. 2006-cı ildə “Hərbi xidmətə görə medal”ı ilə təltif edilib. 2018-2019-cu illərdə “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin Daxili Təhlükəsizlik Departamentinin direktoru, 2019-cu ilin fervalından sentyabrınadək “Azərenerji” ASC-nin Nəzarət idarəsində rəis müavini vəzifəsində çalışıb. 30.09.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.