İBB-də Əkrəm İmamoğlunu kim əvəz edəcək? – Namizədin adı açıqlandı

Baxılıb:46
İBB-də Əkrəm İmamoğlunu kim əvəz edəcək? – Namizədin adı açıqlandı

Türkiyədə İBB sədri Əkrəm İmamoğlunun korrupsiya istintaqı ilə bağlı həbs olunaraq vəzifəsindən uzaqlaşdırılmasından sonra bu gün İBB Məclisində bələdiyyə sədrinin müavini seçkiləri keçiriləcək.

CHP sədri Özgür Özəl sözügedən seçkilərlə bağlı açıqlama verib.

Hər kəsin ayağa qalxaraq seçki kampaniyalarına başladığını ifadə edən Özəl “namizədimiz bəlli, şüarımız bəllidir” sözlərini işlədib.

O, “İBB Məclisinə seçkidə kim namizəd olacaq?” sualına “Hazırda ad demirik. Müzakirələr gedir. Bələdiyyə sədrləri namizəd olmayacaq. Bələdiyyə sədri olmayan bələdiyyə üzvü sədr müavini olacaq” cavabını verib.

Mediada yer alan iddialara görə, İBB qrupu namizədin Nuri Aslan olduğuna qərar verib.

Həmçinin jurnalist Şaban Sevinç də sosial media hesabında “İBB Məclisinin 1-ci sədr müavini Nuri Aslan Əkrəm İmamoğlunu əvəz edir” deyə məlumat yayıb


Abunəlik