“Hitleri sitat gətirin və onu öyün”-politoloqdan maraqlı yanaşma
Son günlər müxalifətin ictimaiyyətə təqdim olunan gizli iclasında ayrı-ayrı şəxslərin islətdiyi ifadələr insanlarda fikir ayrılığına səbəb olub. Buna politoloq Şahin Cəfərli də münasibət bildirib. O şəxsi Facebook hesabında yazdığı statusu sizə təqdim edirik.
– “Qərb niyə müxalifətə dəstək vermir?..”
– “Qərb niyə burda siyasi vəziyyətin dəyişməsinə kömək etmir?..”
İndi başa düşdünüz, niyə? (Digər səbəblərlə birlikdə.)
Qərb bizi bizdən yaxşı tanıyır.
Mən qətiyyən iddia etmirəm ki, Qərb dövlətlərinin siyasəti əladır, gözəldir, qüsursuzdur filan… Bu, başqa mövzudur. Amma düşünün: Hitlerdən sitat gətirən və onu öyən, insan hüquq və azadlıqlarına qarşı olan (ən yaxşı halda bu hüquqlara selektiv yanaşan) qüvvələrə Qərb dəstək verərmi? Hələ mən onu demirəm ki, bu qüvvələr (ümumilikdə bütün müxalifət) bu cür həssas regionda yerləşən ölkəni idarə edəcək yetkinliyə, kadr potensialına malikdirmi?
Qərb siyasi məhbusların buraxılmasına zaman-zaman kömək edirsə və siyasi mühacirlərə onların dünyagörüşünü, baxışlarını araşdırmadan sığınacaq verirsə, böyük şeydir.
Shahin Caferli /AzTimes.az/